ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.
 
Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Cavad Rəcəbovu SMS səsverməsinə çıxarıblar. O, şouda qalacağı təqdirdə rejissor Kənan Mahmudovu çıxarascağını bildirib. Onun seçimi oyunda gərginliyə səbəbə olub. İştirakçılar iki qrupa bölünüb. Səidə Sultan və bir neçə iştirakçı Cavad Rəcəbovu dəstəkləsə də, aktrisa Pərvin və bəzi oyunçular Kənan üçün səsə istəyiblər. Hətta qruplar arası mübarizə Səidə ilə Pərvin arasında mübahisəyə səvbəb olub. Amma yalnız 38,82 faiz tamaşaçı Cavad Rəcəbovun qalmasını istəyib. Bununla da o ifadə bu gün Cavad Rəcəbov üçün səsələndirilib: “Maşın əldən getdi”.
 
RePost.Az

Baxış sayı: 5898 | Tarix: 02.06.2017
Bizi Telegramda izləyin: @repostaz