Payızın sonu və qış fəsli ağac əkmək üçün daha əlverişli dövr hesab olunur. Çünki bu vaxt ərzində torpaq yatmış olur və yaz fəsli gəldikdə əkilən ağac artıq yeni yerində inkişaf etməyə başlayır.
 
Yəni, payız sonu və qış fəslində əkilən ağaclar yazda əkilənlərdən daha yaxşı bitir, sürətli inkişaf edir.
 
RePost.az  xəbər verir ki, Modern.az saytının əməkdaşı Novxanıda yerləşən ağac tinglərinin topdan və pərakəndə satış məntəqəsində olub və oradakı qiymətlərlə maraqlanıb.
 
Burada istənilən ağac tingi tapmaq olar. Qiymətlər isə müxtəlifdir. Satışda, demək olar ki, hər qiymətə ağac tingi var.
 
Ağac tinglərinin topdan və pərakəndə satış məntəqəsinin Ramil adlı satıcısı öncə bizə bəzi bahalı ağac tingləri haqda məlumat verdi. Bildirdi ki, hazırda bahalı ağaclar sırasında palma, hantorriya və zeytun (İtaliya) öndə gedir.
 
Satıcı məntəqədə 5-6 min ağac tinginin satışda olduğunu da bildirib:
 
“Biz bu ağacların 90 faizini xaricdən gətirmişik. Bizdə olan ağac tinglərinin çox hissəsi İtaliya, İspaniya və Yeni Zellandiyadan gətirilib. Ağacların az bir hissəsi isə ölkəmizin müxtəlif bölgələrindən - Quba, Göyçay və Zaqataladan gətirilib. Qubadan bir çox alma, findıq və qoz, Göyçaydan müxtəlif nar və Zaqataladan isə əsasən palıd və qoz, fındıq ağaclarının tingləri bizim tərəfimizdən sifariş olunub”.
 
Satıcının sözlərinə görə, indi ağac əkməyin tam zamanıdır:
 
“Ağac tinglərinin əkilməsi əsasən oktyabr ayından aprelə kimi davam edir. Apreldən sonra isə məsləhət görülmür. Düzdür, elə ağaclar var ki, bunu fəslidən asılı olmayaraq əkmək olar. Buna misal olaraq, şam, zeytun, sərv ağaclarını göstərmək olar. Amma meyvə ağaclarının əsl əkim vaxtı indidir. Bizdə olan yapon əzgili və İtaliya alça ağacının tingləri ilin istənilən vaxtında əkmək olar. Bunun üçün onlara müəyyən qulluq etmək lazımdır. Havaların soyuq keçməsi də bizim işimizə mane olan amillərdən biridir. Çünki bu havada əkilən bəzi ağacları şaxta vurur. Nəticədə isə həmin ağaclar bitmir”.
 
Bəzi ağac tinglərinin qiymətini təqdim edirik.
 
Şam ağacı – 15-100 manat;
Eldar şamı - 15-100 manat;
Piramida yolka - 25 manat;
Limonlu yolka - 50 manat;
Palma – 100-3500 manat (qiymətin dəyişməsi tingin böyüklüyündən asılıdır);
Meyvə ağacları - 10 manatdan 300 manatdək;
Tut – 18-45 manat;
Armud – 15-45 manat;
Üzüm – 10-30 manat;
Nar- 10-70 manat;
Alma (Quba) 10-30 manat;
Alma (smerinka) - 35-55 manat;
Alma (qızıləhmədi)- 25-80 manat;
Heyva - 10-20 manat;
Əzgil - 5-15 manat;
Yapon əzgili - 50-100 manat;
Gilas - 10-30 manat;
Zeytun (yerli) - 10-30 manat;
Zeytun (Türkiyə) - 20-50 manat
Alça (yerli) - 15-50 manat;
Alça (İtaliya) - 500-1500 manat;
Hantorriya - 5000-7000 manat;
Zeytun (İtaliya) - 1500-2500 manat;
Palma - 100-3500 manat.
 
RePost.az
 

Baxış sayı: 4226 | Tarix: 12.12.2016
Bizi Telegramda izləyin: @repostaz