ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.
Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda qeyri-adi hadisə yaşanıb. İştirakçılardan heç birinin şəkili iki dəfə atılmadığı üçün SMS səsverməsinə çıxarılması başqa qayda ilə baş tutub. Gün ərzində iştirakçılara gələn SMS-lər hesablanıb.
Məlum olub ki, heç kəsə gün ərzində SMS göndərilmir. Yalnız Sərxan Kərəmoğluna 1 səs göndərilib. Ona görə də aparıcı bir daha iştirakçıların SMS nömrələrini xatırladaraq onlara 1 dəqiqə ərzində göndəriləcək səslərdən asılı olaraq SMS səsverməsinə çıxarılacaq iştirakçının müəyyən ediləcəyini bildirib. Murad Dadşov deyib ki, ən az səs toplayan şəxs hədəf olacaq. Səsvermənin nəticələrinə görə 1,2 faiz səs toplayan Səidə Sultan SMS səsverməsinə çıxarılıb. Səidə xanım öncə kimi şoudan kənarlaşdıracağını açıqlamasa da, verilişin sonuna az qalmış Aqil M.Quliyevi çıxaracağını bildirib. Amma 21,07 faiz tamaşaçı ona qalsın, 78,93 faiz tamaşaçı isə getsin deyib. Beləliklə də bu dəfə maşın Səidə üçün əldən getdi.
RePost.Az