İyunun 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən RePost.Az -a verilən məlumata görə, havanın temperaturunun gecə 16-19° isti, gündüz  25-30° isti, Bakıda gecə  17-19° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.  Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir. 

 

İyunun 8-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.


Baxış sayı: 3580 | Tarix: 07.06.2017
Bizi Telegramda izləyin: @repostaz