Abşeron rayonunda 16 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən Mehdiabad qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü İbrahim Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
RePost.Az Teleqraf.com-a istinadən xəbər verir ki, İbrahim Şükürovla Mehdiabad qəsəbəsində qonşusu, 2001-ci il təvəllüdlü Almaz Mehdiyeva (ad və soyad şərti verilib –H. Z.) arasında sevgi münasibətləri olub.
 
Əvvəlcə telefonla danışan gənclər sonradan görüşməyə başlayıblar. İbrahim Şükürov özündən 10 yaş kiçik qızla dəfələrlə görüşüb, şəhərin müxtəlif əyləncə yerlərinə gedib, orada əyləniblər.
 
Sonuncu dəfə İbrahim Şükürov Almaz Mehdiyeva ilə 2015-ci ilin sentyabrın 10-da görüşüb. Gecə saat 22 radələrində valideynlərinə “yatmağa gedirəm” deyən Almaz xəlvətcə bayıra çıxıb.
 
Almaz Mehdiyeva kənarda onu gözləyən İbrahim Şükürovun yanına gəlib. O, İbrahimin idarə etdiyi “VAZ 2107” markalı avtomobilinə minib. İbrahim bu dəfə 16 yaşlı qızı paytaxta əyləncə yerlərinə yox, Mehdiabaddakı sökülmüş mal-qara fermasına aparıb.
 
İbrahim Şükürov fermada qızla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub. O, seksual xarakterli hərəkətlərni sonra da davam etdirib. İbrahim Şükürov qıza deyib ki, toydan əvvəl oğlanla qızın intim münasibətdə olması normal haldır. Orada qıza evlənmək barədə vəd verən İbrahim Şükürov sonra qızın telefon zəngələrinə cavab verməyib.
 
Bundan sonra qız baş verən olayı anasına danışıb. Almazın anası baş verən hadisə ilə bağlı Mehdiabad polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında İbrahim Şükürov saxlanılıb.
 
İbrahim Şükürova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilib.
 
Abşeron rayon Məhkəməsinin hökmü ilə İbrahim Şükürov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
RePost.Az

Baxış sayı: 4017 | Tarix: 09.06.2017
Bizi Telegramda izləyin: @repostaz