Ərdəbil vilayətində məhbusların sayı getdikcə artır.

RePost.Az Günaz.Tv-yə istinadən xəbər verir ki, bu barədə Ərdəbil Vilayəti Zindanlarının rəisi Murad Fətfi bildirib. Onun sözlərinə görə, onların əksəriyyəti narkotik maddə və maliyyə məsələləri ilə bağlı həbs cəzasına məhkum edilib. Qurumun rəisi, məhbusların sayının azalması ilə bağlı bəzi təkliflər irəli sürüb. “Bəzi problemlər, insanlar həbs edilmədən öncə öz həllini tapmalı və bu məsələ, məhkəmə prosesində əks olunmalıdır. Düşünürəm ki, belə bir şəraitdə məhbusların sayının azalmasına ümid etmək mümkündür”- deyə o bildirib. Fəthi vurğulayıb ki, Ərdəbil vilayətində əhalinin sayına nisbətən maliyyə məsələləri ilə əlaqədar həbs olunanların sayı da yüksəkdir.

RePost.Az


Baxış sayı: 5157 | Tarix: 09.06.2017
Bizi Telegramda izləyin: @repostaz