Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralında sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən RePost.Az-a verilən məlumata görə, Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saata endirilib.

Məlumatda qeyd edilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərə yollardakı sürət həddinə əməl etmələri tövsiyə edilib.


Baxış sayı: 3580 | Tarix: 17.06.2017
Bizi Telegramda izləyin: @repostaz