Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 19 iyun 2017-ci il tarixində saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
RePost.Az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.