Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə paytaxtda keçiriləcək “Formula-1" Azərbaycan Qran Pri yarışı ilə əlaqədar iyunun 19-26-da aşağıda qeyd edilən küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "işıqforun söndürülməsi" siqnal əmri tətbiq edilib.
 
BNA-dan RePost.Az-a verilən məlumata görə, "işıqforun söndürülməsi" siqnal əmri tətbiq edilən yol kəsişmələrinin siyahısı:
 
1. Azərbaycan pros.-Əziz Əliyev küç.
2. Əziz Əliyev küç. - Neftçilər pros.
3. Bülbül pros.- Neftçilər pr.
4. Üzeyir Hacıbəyov küç. - Rixard Zorge küç.
5. Üzeyir Hacıbəyov küç. - Aleksandr Puşkin küç.
6. Üzeyir Hacıbəyov küç. - Azadlıq pros.
7. Rəşid Behbudov küç. - Üzeyir Hacıbəyov küç.
8. Bülbül pros.- Üzeyir Hacıbəyov küç.
9. Rəşid Behbudov küç. - Zərifə Əliyeva pros.
10. Bülbül pros. - Zərifə Əliyeva küç.
11. Səməd Vurğun küç. - Zərifə Əliyeva pros.
12. Bülbül pros. - Əfsələddin Xəqani küç.
13. Rəşid Behbudov küç. - Əfsələddin Xəqani küç.
14. Azadlıq pros. - Əfsələddin Xəqani küç.
15. Aleksandr Puşkin küç. - Əfsələddin Xəqani küç.
16. Aleksandr Puşkin küç. - Nizami Gəncəvi küç.
"Sarı döyünən işıq" siqnal əmri tətbiq edilən yol kəsişmələrin siyahısı:
1. Üzeyir Hacıbəyov küç. - Keykab Səfərəliyeva küç.
2. Azadlıq pros. - Nizami Gəncəvi küç.
3. Bülbül pros.- 28 May küç.
4. 28 May küç. - Aleksandr Puşkin küç.
5. Bülbül pros. - Şəmsi Bədəlbəyli küç.
6. 28 May küç.- Keykab Səfərəliyeva küç.
7. 28 May küç.- Rixard Zorge küç.
8. Səməd Vurğun küç. - Üzeyir Hacıbəyov küç.
9. Bünyad Sərdarov küç.- Səid Rüstəmov küç.
 
RePost.Az

Baxış sayı: 3637 | Tarix: 19.06.2017
Bizi Telegramda izləyin: @repostaz