Azərbaycanda bu dövlət idarəsi 1500 işçi axtarır - VİDEO
Dövlət İmtahan Mərkəzində (DİM) 1500-dən çox vakant dövlət qulluğu vəzifəsi var.
RePost.Az bildirir ki, bunu DİM-in direktorlar şurasının sədri Məleykə Abbaszadə "dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda keçirilən tədbirdə çıxışında deyib.
Qeyd edib ki, dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var.
Onun sözlərinə görə, dövlət qulluğunda işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək. Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək. Bununla bərabər, əgər şəxs sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə işləmək istəyirsə, onda belə şəxslər mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən də keçməlidir.
Məleykə Abbaszadə qəbul imtahanlarında köçürənlərin növbəti imtahanda iştirak edib, etməyəcəklərinə də münasibət bildirib.