Bu gün Bərdə şəhərində yol polisi tərəfindən reyd keçirilib.
RePost.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, reyd Bərdənin mərkəzi küçələrində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı keçirilib.
Gün ərzində qaydaları pozan xeyli avtomobil Dövlət Yol Polisinin Bərdə rayon şöbəsinin cərimə meydançasına aparılıb.
Yol polisi reyd zamanı Bərdə Rayon Məhkəməsinin qarşısında dayanma-durma qaydalarını pozan avtomobilləri də cərimə meydançasına aparıb. Reyd zamanı məhkəmənin iki hakiminə məxsus “Toyota Prado” və “Hyundai Elantra” markalı minik avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilib.
RePost.az