Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır.


RePost.Az xəbər verir ki, bu barədə AzVision.az-a Xalq artistinin oğlu Hafiz Həmidov bildirib. Onun sözlərinə görə, Qəndab Quliyevanı Türkiyəyə aparmaq istəsə də, həkimlər icazə verməyib. “Anamın səhhətində ümidverici irəliləyiş yoxdur. O, hazırda Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində huşsuz vəziyyətdədir. Anam insult keçirib və ürəyindən əməliyyat olunub. Əməliyyatdan sonra ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. Ciyərlərinə tez-tez su yığılırdı”.

H.Həmidov anasının müalicə aldığı xəstəxanada gündəlik 1600 manat ödəniş edildiyini deyib. “Bura özəl xəstəxanadır. Xərcləri çoxdur. Hər gün 1600 manat ödəməliyik. Anamı Türkiyəyə aparmaq istədim. Ancaq həkimlər icazə vermədilər. Bildirdilər ki, onu aparatdan ayırsalar, həyatını itirə bilər. Ümidsiz vəziyyətdə qalmışıq. Hacı Nuran anamın yanına gəlmişdi. O, xəstəxananın rəhbərliyi ilə danışdı. Bildirdi ki, qiymətlərdə bizə 10-15% güzəşt ediləcək. Amma bütün hallarda əsas məbləğ qalır”.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.


Baxış sayı: 3979 | Tarix: 24.06.2017
Bizi Telegramda izləyin: @repostaz