Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi.
RePost.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu "Təzəpir" məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
A.Paşazadə qeyd edib: "Allah bizə zəfər bəxş etsin! Arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpağında azan səsi gəlsin. Sevinirik ki, bu gün Azərbaycanda birlik və vəhdət var. Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu, bizim dövlətimizin siyasətdir".
Şeyxülislam bildirib: "Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi 2 mindən artıq məscid fəaliyyət göstərir.
Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız işaldan azad olunacaq".