Paytaxtın bir neçə rayonu işıqsız qalıb.

”Azərişıq” ASC-dən  verilən məlumata görə, qəza nəticəsində Bakının Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik enerjisi təchizatında fasilə yaranıb. Paytaxtda bəzi işıqforlar da işləmir.

Qurumdan qeyd ediblər ki, yaxın saatlarda elektrik enerjisi təchizatı tam bərpa olunacaq.

RePost.Az


Baxış sayı: 3086 | Tarix: 27.06.2017
Bizi Telegramda izləyin: @repostaz