İyunun 26-28-də inkişaf etməkdə olan ölkələrin valyuta bazarlarında sabitlik müşahidə edilib.
RePost.Az Fins.az-a istinadən bildirir ki, Meksika körfəzində qasırğanın nəticələri, “G-20”-nin 7-8 iyul tarixilərində baş tutacaq sammitindən müsbət gözləntilər və ən əsası “Brent” markalı neftin qeyd olunan qısa müddət ərzində 3% bahalaşması inkişaf etməkdə olan ölkələrin valyutalarının dəyərdən düşməsinin qarşısını alır.
Bu müddət üçün artım liderliyi Qazaxıstan təngəsi (+0.85%) və Braziliya realındadır (+0.84%). Dollara qarşı bahalaşma həmçinin Meksika pesosunda (+0.77%), Çin yuanında (+0.56%) və Rusiya rublunda (+0.26%) müşahidə edilib.
Eyni zamanda nisbi azalma üzrə liderlik Türkiyə lirəsində və Hindistan rupisindədir. Hər ikisi dollara qarşı yarım faiz itirib.
RePost.Az