Gəncədə qadın meyiti aşkarlanıb.
RePost.az-ın APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində təxminən 60-65 yaşlarında qadın meyiti aşkarlanıb. İlkin məlumata görə, qadın təmizlik idarəsinin işçisi olub və o yolu süpürən zaman avtomobil onu vurub. Qadının kimliyi və onu vuran avtomobil hələ ki, məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
RePost.az