"Azəravtoyol" ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.
 
Hadisə Bakının Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə qeydə alınıb.
 
1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.
 
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
 
X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.
 
RePost.Az

Baxış sayı: 4321 | Tarix: 01.07.2017
Bizi Telegramda izləyin: @repostaz