Şəmkirdə intihar hadisəsi baş verib.

RePost.Az xəbər verir ki, Şəmkir rayon Prokurorluğundan lent.az-a verilən məlumata görə,  Qasım İsmayılov kənd sakini 1933-cü il təvəllüdlü Mehdiyev Mehdi Tapdıq oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

İlkin məlumata görə, M.Mehdiyev ağır xəstəlikdən əziyyət çəkirmiş.


Baxış sayı: 3732 | Tarix: 03.07.2017
Bizi Telegramda izləyin: @repostaz