Kürdəmirdə qeyri-adi canlı peyda oldu.
RePost.Az ARB TV-yə istinadla xəbər verir ki, canlını tutan kənd sakini Seymur Hüseynov bildirir ki, birinci dəfədir belə bir heyvanla qarşılaşır.
Seymur Hüseynov - kənd sakini: "Bu gün səhər-səhər həyətyanı sahəmdə ot bağlayarkən, press otu bağlaya-bağlaya gedirdi, mən də arxasınca gəlirdim, balaca topa ot qalmışdı, otu qaldırdığım halda onun altından çıxıb, ayağıma cumdu. Heç təsadüf eləməmişəm. Yaşlı olan insanlara da yolboyu göstərmişəm, hələ belə bir heyvana təsadüf olunduğunu görməyiblər".
Kürdəmir rayon sakini Surxay Əsədov kərtənkələyə bənzəyən bu canlının daha təhlükəli olması ehtimalındadır.
Surxay Əsədov - rayon sakini: "Bu baladır, bunun anası var. Yoxlamaq lazımdır ki, bu necədir? Balaca heyvan, ağır zəhərli. Bunun zəhəri ilandan pisdir".
Tapılan heyvanın hansı növə aid olması barədə ən dəqiq fikri isə mütəxəssislər söyləyəcək.
RePost.Az