Azərbaycanda sosial mənzillərin tikintisi və ipoteka ilə bağlı dövlət büdcəsində nəzərdə tutulan vəsait artırılır.

RePost.Az-ın məlumatına görə, bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihədə nəzərdə tutulub. Belə ki, 2017-ci ilin yenidən baxılan büdcəsinin “İqtisadi və kommersiya fəaliyyəti” köməkçi bölməsi üzrə nəzərdə tutulmuş 50 mln. manat məbləğində artım tam olaraq “Sosial mənzillərin tikintisi və ipoteka ilə bağlı xərclər”in payına düşür.

Qeyd edək ki, 2017-ci ilin təsdiqlənmiş dövlət büdcəsində Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 100 mln. manat nəzərdə tutulub. Yəni, ilkin vəsaitin 50% artırılması nəzərdə tutulub.

RePost.Az


Baxış sayı: 3960 | Tarix: 04.07.2017
Bizi Telegramda izləyin: @repostaz