Digər Xəbərlər
İyulun 4-də erməni təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev işlə təmin olunub.
RePost.Az xəbər verir ki, bu barədə publika.az-a Füzüli Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, o, rayonun kommunal xidmət sahələrindən birində çalışacaq.
Qeyd edək ki, ölkə Prezidentinin tapşırığına əsasən 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının dəfn, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının isə müalicə xərcləri İcra Hakimiyyəti tərəfindən təmin edilib.