"Münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistan həmişə təxribatlara əl atıb".
 
RePost.Az-ın məlumatına pörə,  bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
 
Dövlət başçısı bildirib ki, bunu illər əvvəl Ermənistan parlamentində baş vermiş terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının Azərbaycan ordusu tərəfindən layiqincə alınması da təsdiq edir.
 
Ötən ay da törədilən təxribat nəticəsində Azərbaycan ordusunun bir hərbçisinin şəhid olduğunu, lakin Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavad verdiyini deyən Prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunun Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini nümayiş etdirdiyi deyib: "Bu cinayət cavabsız qoyulmadı. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, Zəhranın və nənəsinin qanı yerdə qalmadı".
 
RePost.Az

Baxış sayı: 3295 | Tarix: 12.07.2017
Bizi Telegramda izləyin: @repostaz