Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

RePost.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Daha bir doğuş faciəsi isə dünən gecə baş verib. Lent.az xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsi 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cüil təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuş vaxtı vəfat edib. 33 yaşlı qadınla birgə bətnindəki körpəsi də ölüb.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

RePost.Az


Baxış sayı: 4150 | Tarix: 14.07.2017
Bizi Telegramda izləyin: @repostaz