Şəkidə bələdiyyə sədri özünü asıb.

RePost.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.

RePost.Az


Baxış sayı: 4188 | Tarix: 14.07.2017
Bizi Telegramda izləyin: @repostaz