“Mən Azərbaycanı tanıyıram” adlı turistin əl bələdçisi kitabının təqdimat məraisimi keçirildi.

RePost.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərəb və ingilis dilində hazırlanan kitabın təqdimat mərasimini "Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti" təşkil edib.  

Azərbaycan Respublikasının ərazisi, əhalisi, iqlimi, turizm bölgələri, milli mətbəxi, tarixi abidələri və s. barədə qısa və konkret məlumatların olduğu kitabda həmçinin işğal olunmuş torpaqlarımız, həmin ərizalərdəki milli və tarixi abidələrimiz, kurort bölgələrimiz haqqında məlumatlar da verilib.

Bu günə qədər ölkəmizə gələn turistlər ingilis və rus dilində müəyyən məlumatlara sahib olsalar da, ərəb dilində mövcud olan məlumatlar demək olar ki, yox səviyyəsində idi. Məhz bu kitab sayəsində ölkəmizə gələn ərəb turistlər Azərbaycan haqqında ətraflı məlumata sahib olacaqlar.

Kitabda səyahət turizmi ilə yanaşı Azərbaycanda mövcud olan sağlamlıq turizmi, kurort bölgələri və sanatoriyalar haqqında da məlumatlar verilib. Tədbirdə iştirak edən qonaqlar kitabdakı məlumatların və turizm bölgələrimiz haqqında məlumatların verilməsini yüksək təqdirlə qarşıladılar. Turizm şirkətlərindən iştirak edən nümayəndələr kitabda verilən məlumatların qısa və konkret şəkildə verlməsinin olduqca əhəmiyyətli olduğunu bildirdilər.

Kitablar Azərbaycana gələn turistlərə, turizm fəaliyyəti ilə məşğul olan şirkətlərə paylanıldı və kitabın elektron versiyası Azərbaycandakı və əcnəbi ölkələlərdəki turizm şirkətlərinin saytlarında yerləşdiriləcək.

RePost.Az


Baxış sayı: 3599 | Tarix: 14.07.2017
Bizi Telegramda izləyin: @repostaz