Paytaxt yollarında sürət həddi artırılıb.
  
RePost.az xəbər verir ki,Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayevin RePost.Az-a verdiyi məlumata görə, dünən paytaxtda müşahidə edilən faktiki hava şəraitini nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti - Hava limanı və Zığ - Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə ) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilmişdi.
 
Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb.
 
Sektor müdiri deyib ki, hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur. 
 
RePost.az
 

Baxış sayı: 4321 | Tarix: 16.12.2016
Bizi Telegramda izləyin: @repostaz