Şəmkirdə qanunsuz sərnişin daşıyanlar cərimələnib. RePost.Az-ın ARB TV-ə istinadən verdiyi məlumata görə, sərnişinlərlə yol polisi arasında yaranan narazılığa sürücünün avtomobilin konstruksiyasına qanunsuz dəyişiklik etməsi və cədvəldən kənar xəttə çıxması səbəb olub.
 
Vətəndaşlar paytaxta çatmaq üçün tələsikdələrini, yol polisi isə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini aşılmağa çalışır.
 
Reyd zamanı özünü və sərnişinlərin həyatını təhülkəyə ataraq yol polisinin saxla işarəsinə məhəl qoymayanlar da olub. Məcburi qaydada nəqliyyat vasitəsi saxladılan sürücülər müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışıblar.
 
"Ay qardaş mən tələsirəm, çatmalıyam", - deyə sərnişin bildirir.
 
DANX-nin Gəncə Regional Şöbəsinin rəisi Əli Əliyarov bildirib ki, sərnişin daşımada iştirak edən bir neçə mikroavtobus sürücüsünün müvafiq kateqoriyası olmadığı üçün daşınmalardan kənarlaşdırılıb:
" Yük daşıma üçün nəzərdə tutulan nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdıraraq sərnişin daşımada istifadə olunduğuda üzə çıxdı. Belə nəqliyyat vasitələri yol patrul xidməti əməkdaşları tərəfindən çərimə meydançalarına yerləşdirildi”.
 
Yol polisi Nəqliyyat müffətişləri ilə qarşıdakı günlərdə də kütləvi reydləri davam etdirəcək.
 
RePost.Az


Baxış sayı: 3713 | Tarix: 26.07.2017
Bizi Telegramda izləyin: @repostaz