Masallı rayonunda 72 yaşlı qadın döyülüb.

RePost.Az xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1945-ci il təvəllüdlü Şərqiyyə Abı qızı Şahbazova gəlini, 1985-ci il təvəllüdlü Billurə Ramiz qızı Şahbazova tərəfindən döyülüb. Ş.Şahbazovanın oğlu Ehtiram Şahbazovun verdiyi məlumata  görə, qardaşı Taleh B.Şahbazova ilə boşanma ərəfəsindədir. Onun sözlərinə görə, Ş.Şahbazova 72 yaşlı qadını küt alətlə döyərək ona müxtəlif xəsarətlər yetirib.

 

Ş.Şahbazova oğlanları tərəfindən Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. (apa)


Baxış sayı: 3371 | Tarix: 28.07.2017
Bizi Telegramda izləyin: @repostaz