Avqustun 1-dən Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayacaq.

Təhsil Nazirliyindən RePost.Az-a bildirilib ki, sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu avqustun 18-də yekunlaşacaq. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə avqustun 15-dən 30-dək məktəbə müraciət etmək lazımdır.

Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.


Baxış sayı: 2041 | Tarix: 29.07.2017
Bizi Telegramda izləyin: @repostaz