Bakının Yasamal, Səbail rayonlarında və Nəsimi rayonun bir hissəsində bu gün səhər tezdən qazın verilməsi dayandırılıb.

RePost.Az xəbər verir ki, bu barədə  "Azəriqaz" İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev məlumat verib.

Mətbuat rəhbəri  bildirib ki, paytaxtın bu rayonlarının qaz təchizatının dayandırılması 700-millimetrlik magistral qaz kəmərinin yenidən qurulması ilə bağlıdır. 

O qeyd edib ki, təmirçilər bütün işləri axşama qədər qurtaracaqlarına və qazın verilməsinin bərpa ediləcəyinə söz veriblər.

 
 

Bütün hallarda başa düşmək olmur: niyə qazı bakılıların mənzillərinə çatdıran boru kəmərlərində təmir işləri, bir qayda olaraq, məhz istirahət günləri aparılır?


Baxış sayı: 3922 | Tarix: 29.07.2017
Bizi Telegramda izləyin: @repostaz