Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.
 
Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.
 
RePost.Az


Baxış sayı: 3637 | Tarix: 08.08.2017
Bizi Telegramda izləyin: @repostaz