Almaniya Bundesliqasının 15-ci turuna start verilib

Repost.az-ın məlumatına görə,bundesliqanın ilk qarşılaşması "Hoffenheim" və "Borussia Dortmund" klubları arasında baş tutmuşdur.

Gərgin geçən oyunda erkən qol ilə 3-cü dəqiqədə meydan sahibləri hesabı açır və 6 dəqiqə sonra Mario Götse hesabı bərabərləşdirir. 20-ci dəqiqədə "Hoffenheim" yenidən Sandro Vaqnerin qolu ilə hesabda irəli çıxır.

41-ci dəqiqədə isə bu vaxta qədər artıq bir sarı vərəqəsi olan Marko Roys ikinci sarı vərəqəni alaraq, komandasını azlıqda qoyur.

İkinci hissəyə daha istəkli başlayan "Borussia Dortmund" azlıqda qalmasına baxmayaraq  48-ci dəqiqədə Obemeyanqın qolu ilə hesabı yenidən bərabərləşdirir  2-2.

Oyun bu hesablada başa çatıb.

Qeyd edək ki, hakim bu oyunda 7 futbolçunu vərəqə ilə cəzalandırıb.

RePost.az


Baxış sayı: 4492 | Tarix: 17.12.2016
Bizi Telegramda izləyin: @repostaz