Hamilə qadın övladı ilə son anda xilas edildi. RePost.Az ARB 24-ə istinadən xəbər verir ki, Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəsini ölümdən xilas ediblər.
 
Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halının pisləşdiyini görür. Həyəcandan avtomobili idarə edə bilməyən sürücü Şəmkir postunda yol polisindən köməklik istəyir.
 
Hamilə qadını xəstəxanaya çatıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov uşağın dünyaya sağlam gəlməsinə görə sevincli olduğunu deyir. Artıq dünyaya gələn qız uşağına qoyulacaq ad da bəllidir. Körpəyə köməklik göstərən polis əməkdaşı Xəyalın şərəfinə Xəyalə adı qoyulacaq.
 
Abbas Səhhət adına 1 nömrəli xəstəxanadan bildirilib ki, hamilə qadın bir neçə dəqiqə də gec çatdırılsa idi onların həyatı üçün təhlükə ola bilərdi.
 
Hazırda isə ana və övladının vəziyyəti yaxşıdır.
 
RePost.Az


Baxış sayı: 4473 | Tarix: 12.08.2017
Bizi Telegramda izləyin: @repostaz