Bir neçə gün bundan əvvəl universitetə qəbul olan tələbələrin adları açıqlanıb.
Onlar arasında şou-biznes nümayəndələrinin yaxınları da yer alıblar.
Tanınmışların tələbə adı qazanan yaxınlarının adlarını təqdim edirik.
Müğənni Günay İbrahimlinin qardaşı Nicat Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə qəbul olunub.
Rejissor və aktyor Ramin Hacıyevin qızı Ləman Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə daxil olub.
Xalq artisti Fidan Hacıyevanın bacısı qızı Nərgiz Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsində təhsil lacaq.
Şair Vüqar Əhmədin qızı, VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli də tələbə adını qazanıb. O, Azərbaycan Milli Konservatoriyasının solo oxuma fakültəsinə daxil olub. (Axşam.az)