Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.

 

RePost.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

 

Qeyd edək ki, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

 

Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.


Baxış sayı: 2231 | Tarix: 17.08.2017
Bizi Telegramda izləyin: @repostaz