Avtomobilə aid dövlət nömrə nişanının elan saytlarında satılması ilə bağlı dəfələrlə xəbər vermişik. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmiləri də bildiriblər ki, əslində belə hallar qanunsuzdur. Yəni kimsə saytda nömrə sata bilməz. Bu dəfə isə fərqli bir mənzərə ortaya çıxıb. Sadə nömrələrlə yanaşı hətta saytlarda ”AA” seriyalı nömrələr də satılır. Özü də fantastik qiymətə.
 
Qoşa rəqəmli nömrələrdən sonra indi də elan saytlarında ”AA” seriyalı nömrə satılır.
 
Son vaxtlar dövlət idarələrinə və yalnız hüquqi şəxslərə məxsus bu cür nömrələrin satışı saytlarda kütləvi hal alıb. İnternet satış portallarından birində “10-AA-571” və “10-AS-571” dövlət nömrə nişanlarının 37 min manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.
 
Amma təkcə saytda bu nömrələr yox, “90-AA-353”, “99-AA-559”, “99-AA-933” və “10-AA-942″ nömrə nişanları da var. Qiymətləri də ən ucuzu 14 min 500 manat, ən bahalısı isə 59 min manatadır.
 
Həmin elanı yerləşdirən şəxslərlə əlaqə saxlayarkən bir daha şahidi olduq ki, həqiqətən də nömrələr satılır və qiyməti də elə yazıldığı kimidir.
 
Ekspertlər isə bildirirlər ki, qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Əgər bunu edən şəxs varsa o ciddi qanun pozuntusuna yol verir. Yol hərəkəti haqqında qanunun ”27-ci və 29-cu” maddəsində də göstərilir ki, avtomobil üzərindəki nömrə ilə satıla bilər. Nömrəni ayrıca satmaq isüzərindəki nömrə ilə qanunla qadağandır.
 
Ekspert Azər Allahverənovun sözlərinə görə, ”AA” seriyası ilə nömrə almaq üçün hüquqi şəxs yalnız Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. Həmin şəxsin hüquqi şəxs olduğu təsdiqini tapdıqdan sonra ona ”AA” seriyası ilə nömrə verilə bilər. Bu cür elan saytlarından qeydiyyat nişanı almaq yalnız bu halda mümkündür ki, satıcı nömrəni avtomobillə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat şöbəsində alqı-satıqı müqaviləsi ilə satsın. Onu alan alan da yalnız hüquqi şəxs olamlıdır.
 
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən ”Xəzər Xəbər”ə bildirdilər ki, avtomobilin dövlət qeydiyyat nişanını satmaq mümkünsüzdür. Bununla bağlı Daxili İşlər Nazirliy də dəfələrlə vətəndaşlara xəbərdarlıq edib ki, bu cür fırıldaqçılara inanmayın.
 
RePost.Az


Baxış sayı: 5043 | Tarix: 17.08.2017
Bizi Telegramda izləyin: @repostaz