Göygöl rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Çaykənd kənd sakini 49 yaşlı Budaq Abdullayev döş qəfəsinin və qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Budaq Abdullayevin qızı Qızbəsti Abdullayeva və onun sevgilisi tərəfindən döyülərək bıçaqlandığı deyilir.

Məlumata görə, 25 yaşlı qız sevgilisini evə gətirib. İşdən qayıdan ata onları bir yerdə görəndən sonra isə aralarında münaqişə yaranıb. Hadisə də bundan sonra baş verib. Qız mətbəx bıçağı ilə atasına 12 zərbə vurub. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.

Araşdırmalar davam etdirilir.


Baxış sayı: 3428 | Tarix: 18.08.2017
Bizi Telegramda izləyin: @repostaz