Ağsu rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. RePost.Az "Report"a istinadən xəbər verir ki, rayonun Gəgəli kəndində qadın və yeniyetmə oğlu birlikdə ərini baltalayaraq öldürüb.
Belə ki, 1970-ci il təvəllüdlü Şamiyev Şamxal İkram oğlu ailə üzvləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.
Onu arvadı 1976-cı il təvəllüdlü Şamiyeva Xalidə İkram qızı və oğlu 2000-ci il təvəllüdlü Şamiyev Zeynalla birlikdə baltalayaraq öldürüblər.
Əldə edilən məlumata görə, qətlə yetirilən Ş.Şamiyev əvvəllər məhkumluq həyatı yaşayıb. O, qanunsuz silah saxladığı üçün həbs edilib və 6 ay bundan əvvəl həbsdən çıxıb. Kənd sakinlərin sözlərinə görə, Ş.Şamiyevin üzərində qanunsuz odlu silah olması barədə arvadı X.Şamiyeva polisə məlumat verib və ərinin tutulması üçün məhkəmdə şahidlik edib. Ş.Şamiyev həbsdən çıxandan sonra ailədə tez-tez mübahisələr olub. Beş övlad - 3 oğlan, 2 qız atası olan Ş.Şamiyevlə həyad yoldaşı X.Şamiyev arasında ötən gün yenidən mübahisə olub. Ötən gecə 24:00 radələrində qətl hadisəsi baş verib.
Ş.Şamiyevin qardaşı Əhməd Şamiyev "Report"un yerli bürosuna qardaşımın belə amansızlıqla qtələ yetirlməsi üçün hələ də şokda olduğunu bildirib: "Qardaşım indiyə kimi heç kimə ziyan vurmayıb. Ötən gün bir məclisdə iştirak edirdik heç spirtli içki də qəbul etmədi. Hadisə həmin gün məclisdən çıxıb evə gedən sonra olub. Yoldaşı qardaşımla yola getmirdi uşaqları da qardaşıma qarşı çıxmağa məcbur edirdi. Beş övlad atasını bu şəkildə öldürmək insanlığa sığmayan hərəkətdir".
Qeyd edək ki, hadisə törədən sonra ana və oğul polisə könüllü olaraq təslim olub və hadisəni birgə törətdiklərini etiraf ediblər.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
RePost.Az