Digər Xəbərlər
Bakının Xətai rayonu ərazisində kütləvi dava olub.
Qohumunun yaşadığı fərdi yaşayış evinə qonaq gələn 1960-ci il təvəllüdlü Mehdiyev İlman Frunze oğlu qonşular arasında davaya səbəb olub.
Qonşuluqda yaşayan şəxslər onların yüksək səslə danışdığını əsas gətirərək əlbəyaxa dava ediblər.
Nəticədə, İ.Mehdiyev dəmir alətlə döyülüb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.
RePost.Az
Mənbə: Report