Azərbaycanlı gəlin namizədi Naz Mila iştirak etdiyi “Zuhal Topalla izdivac” proqramı haqda danışıb.
RePost.Az Musavat.com-a istinadən xəbər verir ki, Naz proqram haqda maraqlı açıqlamalar verib. O, verilişin oyundan ibarət olduğunu deyib:
“Pulunu ala bilməyən proqramı ifşa edir. Mən də iki həftəmin pulunu ala bilmədim, mənim o pula ehtiyacım da yoxdur. Mənim tək gerçək münasibətim Baha ilə oldu. Baha orada yaşanan hadisələrdən bezdiyi üçün dava etdi və döyüldü. Əli ilə aramda heç bir əlaqə olmadı. Əli proqrama gələndən heç kəs əsl sevgi yaşamadı, hər şey oyun idi. Hətta Nurlananı studiyada gördü. Bir gün “Evlənəcəksən, gəl” proqramına getdim. Çünki mənim pulumu o proqramda ödəmədilər. Sonra məni geri qaytarmaq üçün yalvardılar, və pulumu ödədilər”.
RePost.Az