“Əslində mənə yaxın insanlar bilir ki, 4 övladım var. Onlardan birinin bioloji anası mənəm. Digərlərini isə uşaqlar evindən övladlığa götürmüşəm”. 
 
RePost.Az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni Roza Zərgərli deyib. O bildirib ki, bu günə qədər heç bir efirdə bunu açıqlamaq istəməyib: “Mən 4 uşaq böyütdüyümə görə qürur duyuram. Bunu heç bir zaman efirdə reklam etməmişəm. Sadəcə “Sibir çiçəyi” adlı kitabımda bu barədə yazmışam, siz də bu məlumatı orada oxuduğunuza görə mənə sual verdiniz. İlk dəfə də məhz “Show time” verilişində açıqlayıram, 3 uşağımı bioloji olaraq mən dünyaya gətirməsəm də, doğma qızımdan onları seçmirəm. Onlar mənim canım, qanım, hər şeyimdir”. 
 
Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır. 
 
RePost.Az


Baxış sayı: 4435 | Tarix: 30.08.2017
Bizi Telegramda izləyin: @repostaz