Bakı şəhərinin yarmarkalarında yalnız Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu heyvanların satışına dair bəzi KİV-lərdə yayılan məlumatla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayıb.
RePost.Az-ın məlumatına görə, nazirlik sahibkarların nəzərinə çatdırır ki, Bakı şəhərinin 4 ünvanında ( Nərimanov rayonu, Əliyar Əliyev küç, Keşlə bazarının yanı, Xətai rayonu, “Nargilə” kafesinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi, “İdeal” şadlıq sarayının həyəti, Səbail rayonu Seymur Məmmədov küçəsi 8, parkın yanı) təşkil olunmuş Qurbanlıq heyvanların satış-yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı həmin ərazilərdə, eyni zamanda Bakı şəhəri və Bakı ətrafı qəsəbələrinin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb.
Sahibkarları Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət edirik.