Sumqayıtda kuryoz hadisə baş verib.
RePost.Az Xeberle.com-a istinadən bildirir ki, hadisənin qəhrəmanının borca görə borcalanın bir sutka boyunca yükqaldıranın zənbilində saxlaması status sahibinin izləyiciləri tərəfindən təəccüb və maraqla qarşılanıb. Həmin statusu sizə təqdim edirik:
"Bu status neçə vaxtdır fikrimdə qalmışdı, yazmağa fürsət olmurdu. Hadisə avqust ayında, hərarətin 42-43 C dərəcəyə çatdığı bir vaxtda olub. Bizim məhəlləyə yaxın bir ərazidə, zənbildə yükqaldıran avtomobillər durur. Bir gün, şəkildə gördüyünüz avtomobilin ətrafında çoxlu adam toplaşdığı üçün oraya yaxınlaşdım və gördüm ki, avtoqaldırıcının zənbilində bir insan göyə qaldırılıb. Səbəbini soruşduqda isə dedilər ki, o zənbildəki adamın bu sürücüyə borcu var, vermədiyi üçün onu qaldırıb ora və deyib ki, zəng elə pulumu gətirsinlər,sonra düşürüm, çıx get. Mən günorta oradan keçəndə gördüm kü, o zavallı göydə, yaxınları isə ətrafındadır. Soruşdum nə oldu borcu, qaytarmadı? Dedilər ki, yox, sürücüyə zəng çatmır. Axşam maraq üçün bir də baş çəkdim, lakin vəziyyət dəyişməmişdi. Yenə sürücüyə zəng çatmır. Tezdən duran kimi getdim ki, görüm yazıq gecəni necə keçirib. Amma nə adam, nə də ki, maşın yox idi. Soruşdum ki, bu necə oldu? Sübh tezdən sürücü gəlib və deyibmiş ki, ə ........ Mən 30 manatın acı deyiləm, hamıya göstərmək istəyirdim ki sən ....... Çıx get, bir də belə iş görmə".
Qeyd edək ki, hadisə şəhərin 48-ci məhəlləsində yük avtomobillərinin saxlandığı ərazidə baş verib.
RePost.Az