Azərbaycan millisi tarixində ilk dəfə 5 qol vurub. RePost.Az apasport.az-a istinadən xəbər verir ki, ilk rəsmi matçını 1992-ci ildə keçirən yığmamız keçirdiyi 232-ci matçda San-Marinonu 5:1 hesabı ilə məğlub edib.
Bunadək bir oyunda 4-dən çox top vurmayan komandamız tarixinin ən yüksək məhsuldarlığını göstərib. Bu qələbə həm də ən böyükhesablı uğurumuzun təkrarıdı. İndiyədək millimizin rekordu 4 top fərqli qələbə idi.
1999-cu ildə Lixtenşteyni 4:0 yenən yığmamız 18 ildən sonra rekordunu təkrarladı. Bu dəfə daha çox qol vuran komandamız yenə 4 top fərqi ilə qalib gəldi. Lakin ilk dəfə 5 qol vurmaqla 3 xal qazandı. Maraqlıdı ki, hər iki görüş seçmə mərhələdə baş tutub.
Ümumilikdə isə yığmamız tarixində 7-ci, seçmə mərhələlərdə 2-ci dəfə böyükhesablı qələbə qazanıb. Seçmə mərhələdəki hər iki uğur 4 top fərqi ilə olub.
27 fevral 1996-cı il Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan - Farer adaları - 3:0
22 mart 1997-ci il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan - Türkmənistan - 3:0
5 iyun 1999-cu il Bakı. AÇ-2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan - Lixtenşteyn - 4:0
27 fevral 2012-ci il Dubay. Yoldaşlıq görüşü. Azərbaycan - Hindistan - 3:0
15 avqust 2012-ci il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan - Bəhreyn - 3:0
14 avqust 2013-cü il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan - Malta - 3:0
4 sentyabr 2017-ci il Bakı. DÇ-2018-in seçmə oyunu. Azərbaycan - San-Marino - 5:1
RePost.Az