Gədəbəy rayonunun Samanlıq kəndində qadın özünü güllələyib.
 
RePost.Az APA-ya istinadən məlumat verir ki, kənd sakini 1966-ci il təvəllüdlü Məmmədova Solmaz Ədil qızı yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb.
 
Ağır xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda əməliyyat olunur. İlkin məlumata görə, 51 yaşlı qadın ailə münaqişəsi zəminində özünə atəş acıb.
 
S.Məmədovanın ailəli olduğu, lakin övladı olmadığı bildirilir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 4169 | Tarix: 05.09.2017
Bizi Telegramda izləyin: @repostaz