Son bir neçə gündə südün qiyməti bahalaşıb. Fermerlərin sözlərinə görə, ötən illərlə müqayisədə südün hər bir litrinin qiymətində 10-30 qəpik arasında bahalaşma müşahidə olunur. 
 
RePost.Az-ın məlumatına görə, satıcılar Xəzər TV-yə açıqlamalarında bahalaşmaya səbəb kimi ən çox otun və yemin qiymətinin qalxmasını göstərirlər. Bölgələrdə qiymət artımı paytaxt bazarlarına da təsirsiz ötüşməyib.Satıcılar əvvəlki vaxtlarla müqaisədə südü indi 20-30 qəpik daha baha alırlar. 
Fermerlər deyirlər ki, ot və yem qiymətləri qalxmaqda davam edərsə, südün qiyməti daha da bahalaşa bilər. 
 
RePost.Az


Baxış sayı: 3941 | Tarix: 05.09.2017
Bizi Telegramda izləyin: @repostaz