Tovuzda kütləvi zəhərlənmə qeydə alınan toyda verilən yeməklər və salatlar ev sahibi tərəfindən hazırlanıb və şadlıq sarayında insanlara təqdim olunub.


RePost.Az bildirir ki, bu barədə azvision.az-a Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, zəhərlənən şəxslərin hər biri ciddi müayinə olunduqdan sonra evə buraxılıb.

 

"Hadisə sentyabrın 7-də axşam saatlarında "Turan" şadlıq sarayında baş verib. 39 nəfər zəhərlənib və Tovuz Rayon Mərkəzi Xəstəxananın Yoluxucu şöbəsinə müraciət ediblər. Onlardan 8 nəfəri uşaqdır, digərləri isə müxtəlif yaş qrupunda olan insanlardır. Biz tərəfdən tədqiqat aparılır ki, həmin şəxslər nədən zəhərlənib. Yeməklər və salatlar evdə hazırlanıb və icarəyə götürülən "Turan" şadlıq sarayına gətirilib. Hazırda zəhərlənmənin səbəbi araşdırılır".

 

Qeyd edək ki, ötən gün Tovuzda keçirilən toy mərasimində kütləvi zəhərlənmə qeydə alınıb.


Baxış sayı: 3846 | Tarix: 08.09.2017
Bizi Telegramda izləyin: @repostaz