Nazirlər Kabinetinin mətbuat Katibi Akif Əli görkəmli azərbaycanlı alim Lütfi Zadə barəsində dediklərinə görə üzr istəyib.
RePost.Az xəbər verir ki, o bu barədə sosial şəbəkədə status paylaşıb.
"ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!", - deyə Akif Əli vurğulayıb.
Qeyd edək ki, Akif Əli Lütfi Zadəni dəfni ilə bağlı ona ünvanlanan suala sərt cavab verib
RePost.Az