Qardaş Türkiyədə daha bir səs-küylü hadisə yaşanıb.
 
RePost.az- ın CNN Türk-ə istinadən verdiyi məlumata görə, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada silahlı hücum olub. Səfir rəsm sərgisinə qatılarkən tribunada çıxışı zamanı naməlum şəxs ona atəş açıb. Ağır güllə yaraları alan Karlov xəstəxanaya yerləşdirilib. A.Karlovun həyatı üçün təhlükənin olduğu bildirilir. Hadisə nəticəsində daha 3 nəfərin də yaralandığı bildirilir. Polis xüsusi əməliyyatla sui-qəsd edən şəxsi öldürüb. 
 
RePost.az
 

Baxış sayı: 4587 | Tarix: 19.12.2016
Bizi Telegramda izləyin: @repostaz