"Ali və orta ixtisas təhsili müəssiələrinə qəbul imtahanlarında yeniliyin tətbiqi ilə bağlı müzakirələr aparılır".

RePost.Az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarovi iki il sonra qəbul imtahanlarında yeni üsulun tətbiqi ilə bağlı görülən işlərdən danışarkən deyib.

O bildirib ki, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında yeni qaydaların hazırlanması birgə işdir: “Bu yenilik həm də məktəblərdə 9 il əvvəl yeni məzmun proqramının tətbiqi ilə əlaqələndirilib. Eyni zamanda bu layihənin əsas məqsədi məktəb məzunlarının bilik və bacarıqlarını qiymətləndirilməsini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaflaşdırmaqdır. Bu istiqamətdə işlər mütəmadi həyata keçirilir. Məndə olan məlumata görə, Məleykə Abbaszadə və işçi qrupunun iştirakı ilə sonuncu görüş sentyabrın 9-da baş tutub. Müvəfiq olaraq ictimaiyyət bu prosesin mərhələlərindən məlumat alacaq”.

Biz təhsili yalnız qəbul və buraxılış imtahanlarının nəticələri ilə dəyərləndirmirik: “Müasir Azərbaycan üçün şüurlu, milli dəyərlərə bağlı vətəndaş yetişdirilməsi təhsil sistemi qarşısında duran vəzifələrdəndir. Bu il də keyfiyyət ilinə uyğun tədbirlər həyata keçiriləcəlk”. (publika.az)


Baxış sayı: 4226 | Tarix: 11.09.2017
Bizi Telegramda izləyin: @repostaz